22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Atalanta" Aleksey Mirançuku satmaq fikrində deyil
Tarix: 20-12-2023 15:23 | Bölmə: Karusel

Rusiyalı futbolçu Aleksey Mirançuk "Atalanta"da çıxışını davam etdirəcək. Bu qərarı İtaliya klubunun rəhbərliyi verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "TuttoMercatoWeb"-in məlumatına görə, "Berqamo" komandası qış transfer pəncərəsində rusiyalı ilə ayrılmayacaq. "Atalanta" bossları Mirançukun son matçlardakı çıxışından heyran olublar.
Mənbənin məlumatına görə, Aleksey İtaliya çempionatının ikinci hissəsində start oyunçu statusu almaq üçün müraciət edir.
Xatırladaq ki, dekabrın 18-də "Berqamo" komandası "Salernitan"a 4:1 hesabı ilə qalib gəlib. Matçın 85-ci dəqiqəsində əvəzedicidən meydana çıxan Mirançuk cari mövsümdə ilk qolunu vurub.



Baxış sayı: 109


Bölməyə aid digər xəbərlər