22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiyadan olan hakimlər FİFA-nın 2024-cü il üçün siyahısına daxil edilib
Tarix: 19-12-2023 20:59 | Bölmə: Karusel

Beynəlxalq Futbol Federasiyasının (FİFA) Hakimlər Komitəsi rusiyalı hakimləri 2024-cü ildə keçiriləcək beynəlxalq oyunları idarə edəcək hakimlər siyahısına daxil edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının (RFU) məlumatına görə, əvvəlki illə müqayisədə rusiyalıların kvotası 42 nəfərdən 43 nəfərə qədər artırılıb.
2022-ci ilin fevralında Rusiya hakimlər briqadası Sergey Karasevlə Avropa Liqasının 1/16 finalında birgə çalışıb. Bundan sonra UEFA Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatla əlaqədar rusiyalı hakimlərin beynəlxalq oyunlarda işləməsini dayandırıb.
2023-cü ilin payızında rusiyalı hakimlər beynəlxalq arenaya qayıtdılar. Bunu ilk edən Vera Opeykinanın rəhbərlik etdiyi hakimlər briqadası oldu, o, sentyabrda Qadın Millətlər Liqasının Ermənistan-Qazaxıstan matçında çalışdı.
Noyabrda Karasevin briqadası Səudiyyə Ərəbistanı çempionatının oyununu idarə edib.

Qeyd edək ki, sentyabrda 44 yaşlı referi UEFA hakimlərinin toplantısında iştirak edib.




Baxış sayı: 136


Bölməyə aid digər xəbərlər