22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Yəmən husiləri hər 12 saatdan bir Qırmızı dənizdə gəmilərə hücum edəcək
Tarix: 19-12-2023 16:32 | Bölmə: Karusel

Yəməndə yerləşən Husi üsyançıları Qırmızı dənizdəki ticarət gəmilərinə hər 12 saatdan bir hücum edəcəyinə söz veriblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Yaxın Şərq ölkəsinin şimalında hakim olan Ənsar Allah hərəkatının nümayəndəsi Məhəmməd Əbdül Salam deyib.
“Dəniz əməliyyatlarına gəlincə, onlar tam sürətlə davam edir”, - deyə, o, təhdid edib: “Əməliyyatların ən azı 12 saatda bir həyata keçiriləcəyini güman edirik”.
Yəmən husiləri daha əvvəl Qırmızı dənizdə İsrailə gedən bütün gəmilərə hücum edəcəkləri barədə xəbərdarlıq etmişdilər. Gəminin və onun yükünün mülkiyyətinin əhəmiyyəti olmayacaq.
Şimal Dəniz Marşrutunun Qırmızı dənizdə yəmənli husilərin hücumları səbəbindən marşrutu dəyişən gəmilər üçün alternativ ola biləcəyini daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri Nikolay Korçunov bildirmişdi.



Baxış sayı: 123


Bölməyə aid digər xəbərlər