22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
“Avtodor” klubunun prezidenti Rodionov dünyasını dəyişib
Tarix: 18-12-2023 16:01 | Bölmə: Karusel

Saratov şəhərinin "Avtodor" basketbol klubunun prezidenti Vladimir Rodionov 76 yaşında vəfat edib. Bu, uzun sürən xəstəlik nəticəsində baş verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə VTB Birləşmiş Liqa klubunun rəsmi saytı məlumat yayıb. "Vladimir Rodionov 41 il "Avtodor"un prezidenti vəzifəsində çalışıb. Saratov klubunun bütün qələbələri, nailiyyətləri və inkişafı onun adı ilə qırılmaz şəkildə bağlıdır".
"Avtodor" basketbol klubu Vladimir Evstafieviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, böyük şəxsiyyətin parlaq xatirəsi həmişə qəlbimizdə yaşayacaq", - Saratov klubunun mətbuat xidməti yazıb.



Baxış sayı: 110


Bölməyə aid digər xəbərlər