22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılıb
Tarix: 18-12-2023 15:56 | Bölmə: Karusel

UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səkkiz cütlüyün hamısının iştirakçıları məlum olub.
“Rusiyalı yarımmüdafiəçi Arsen Zaxaryanın çıxış etdiyi İspaniyanın “Real Sosyedad” klubu Fransa çempionu “Paris Sen-Jermen”lə qarşılaşacaq.İlk oyun Parisdə baş tutacaq.
Portuqaliya “Portu”su İngiltərənin “Arsenal” klubu ilə qarşılaşacaq. Püşkatma mərasimində İtaliya və İspaniya çempionları, "Napoli" və "Barselona" komandaları bir araya gəlib. Digər "İtaliya"-"İspan" cütü: "İnter" və "Atletiko". "Borussiya Dortmund"un rəqibi Hollandiyanın PSV komandasıdır. Çempionlar Liqasının qalibi "Mançester Siti" əvvəlcə Kopenhagenə səfər edəcək, daha sonra isə ən güclü Danimarka klubunu qəbul edəcək. İtaliyanın “Latsio” klubu “Bavariya”ya rəqib olub. Digər Almaniya klubu "RB Leyptsiq" isə "Real Madrid"lə qarşılaşacaq.
İlk görüşlər fevralın 13, 14, 20 və 21-də baş tutacaq. Cavablar martın 5, 6, 12 və 13-nə təyin edilib. Çempionlar Liqasının finalı iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək.



Baxış sayı: 108


Bölməyə aid digər xəbərlər