22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Aİ sanksiyalara görə 1,5 trilyon dollar itirib
Tarix: 18-12-2023 13:12 | Bölmə: Karusel

Avropa İttifaqı sanksiyalar və Rusiya ilə iqtisadi əlaqələrin kəsilməsi səbəbindən təxminən 1,5 trilyon dollar itirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi bu təxminləri “ən təvazökar” adlandırıb.
Aİ ölkələri Rusiya qazından imtinanın ilk ilində təkcə qaza görə 185 milyard avro ödəyib. RİA Novosti yazır ki, idxal orta hesabla ayda 15,2 milyard avro bahalaşıb.
Eyni zamanda, Aİ Rusiyanın mayeləşdirilmiş təbii qazının alışını artırıb: bu il onlar LNG üçün artıq 6,1 milyard avro ödəyiblər, İspaniya və Belçika ən böyük müştərilərə çevrilib. ABŞ-dan tədarüklər də artıb.
Avropa İttifaqı Rusiya qazının ən böyük istehlakçısı olaraq qalır - təbii və mayeləşdirilmiş. Rusiya LNG-nin Aİ ölkələrinə tədarükü 2023-cü ilin noyabrında 1,75 milyon ton artaraq rekord həddə çatıb.
Aİ istilik mövsümü başlayandan bəri Rusiyadan yanacaq alışını sürətlə artırır. Financial Times (FT) daha əvvəl bildirmişdi ki, Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) təxminən 21%-i yenidən satış üçün Aİ-yə göndərilir.
Noyabrda Rusiya 2022-ci ilin dekabrında Aİ-yə LNG tədarükü üzrə əvvəlki tarixi rekordu (1,737 milyon ton) qırıb. Ümumilikdə yanacaq ixracı illik müqayisədə 9,3% artaraq 2,914 milyon tona çatıb. Ən böyük alıcılar Fransa və Belçika olub.



Baxış sayı: 118


Bölməyə aid digər xəbərlər