22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Liverpul" və "Mançester Yunayted" heç-heçə edib
Tarix: 18-12-2023 00:02 | Bölmə: Karusel

İngiltərə Premyer Liqasının 17-ci turunun mərkəzi oyununda ölkənin ən titullu iki klubu “Liverpul” və “Mançester Yunayted” üz-üzə gəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
"Liverpul" böyük üstünlüyündən istifadə edə bilmədi. Bu yanlış atəş qırmızıların birinci yerə qayıtmasına imkan vermədi.
Öz meydanında oynayan "Liverpul" matçın favoriti sayılırdı. Meydan sahiblərinin böyük üstünlüyü var idi. Sadəcə statistikaya baxın. Zərbələr – 34:6; Hədəfə zərbələr – 8:1; Künclər – 12:0. “Mançester Yunayted”in qapıçısı Andre Onana komandasını 8 dəfə, “Liverpul”un hücumçusu Məhəmməd Salah isə üç qol vura bilərdi. Lakin görüş 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Yekunda "Liverpul" 38 xal toplayıb və birinci yerə qayıda bilməyib. Qırmızılar ikincidir. Çempionata 39 xalla "Arsenal" başçılıq edir.




Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər