22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Kostyuk tennis turnirinin finalında Mirra Andreeva ilə oynamaqdan imtina edib
Tarix: 17-12-2023 16:49 | Bölmə: Karusel

Rusiyalı tennisçi Mirra Andreeva Fransanın Bur-de-Paj şəhərində keçirilən turnirdə finala yüksəlib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ikinci finalçı ukraynalı Marta Kostyuk həlledici görüşdə iştirakdan imtina edib.
Marta Kostyuk əvvəlcə zədəli xorvat Donna Vekiçi əvəzləyərək finalda oynamağa razılaşıb. Amma Mirra Andreevanın onun rəqibi olacağını biləndən sonra Kostyuk yarışdan imtina etdi.
Lakin Mirra vaxtından əvvəl turnirin qalibi elan edilməyib. Təşkilatçılar Kostyukun yerinə... Fransa tennisçisi Yanis Qazuani tapıblar.16 yaşlı Andreeva kişi ilə oynamaq məcburiyyətində qalacaq.
Yarımfinalda Mirra Andreeva bir müddətdir Fransa yığmasında çıxış edən keçmiş həmyerlisi Varvara Qraçevanı məğlub edib. Bir neçə gün əvvəl Mirra WTA ilin ən yaxşı oyunçusu mükafatını aldı. Ötən il gənc tennisçi reytinqdə 359 pillə - 405-ci pillədən 46-cı yerə yüksəlib.



Baxış sayı: 162


Bölməyə aid digər xəbərlər