22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Gimnast Lala Kramarenko Pekində keçirilən turnirin qalibi olub
Tarix: 16-12-2023 15:48 | Bölmə: Karusel

Rusiyalı gimnast çoxnövçülükdə ən güclü oldu.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşıda müəyyən növlər üzrə hələ yarışlar var.
Çinin paytaxtı bədii gimnastika üzrə “Heavenly Grace” turnirinə ev sahibliyi edir. Yarışın ilk günündə idmançılar çoxnövçülükdə birincilik uğrunda mübarizə aparıblar.
Rusiyalı gimnast Lala Kramarenko beş hərəkət üzrə cəmi 177.800 xal toplayaraq birinci yeri tutub. İkinci yerdə 171,900 xalla Belarus təmsilçisi Alina Qornosko qərarlaşıb. Digər rusiyalı qadın Daria Çuqunixina isə 170,650 bal toplayıb və üçüncü yeri tutub.
Müsabiqə dekabrın 17-də davam edəcək. Mükafatlar fərdi çoxnövçülük yarışlarında veriləcək.



Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər