22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Reuters: Avstriya Aİ-nin Rusiyaya qarşı 12-ci sanksiyalar paketini bloklayıb
Tarix: 14-12-2023 22:51 | Bölmə: Karusel

Vyana Rusiyaya qarşı Avropa sanksiyalarının 12-ci paketini bloklayıb. Avstriya Raiffeisen Bank International-ın (RBI) Ukraynanın qara siyahısından çıxarılmasını tələb edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Bank 2023-cü ilin martında Kiyev tərəfindən sanksiyalar siyahısına daxil edilib. Bu, Rusiya bazarında fəaliyyətini davam etdirən ən böyük Qərb bankıdır. Avstriyalı bankirlər Ukrayna Milli Antikorrupsiya Agentliyinin əməkdaşları ilə görüş keçirsələr də, bu, bank üçün müsbət nəticə verməyib.
Nəticədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq Ukraynanın qara siyahılarını tənqid edib, Vyana isə 12-ci anti-Rusiya sanksiyalar paketinin hazırlanmasına mane olub. Sanksiyaların bu raundunda Avropa İttifaqı Rusiya almazlarının idxalını qadağan etməyi planlaşdırır. Amma hələlik, sanksiyalar siyahısı bloklanıb, çünki Vyana onu qəbul etməzdən əvvəl bütün bəndlərini hərtərəfli yoxlamağı planlaşdırır.



Baxış sayı: 135


Bölməyə aid digər xəbərlər