22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Pilotsuz uçuş aparatı supermarketin yaxınlığına partlayıcı qurğu atıb
Tarix: 14-12-2023 20:42 | Bölmə: Karusel

Donetsk şəhərinin meri Aleksey Kulemzin Ukrayna millətçilərinin Drondan istifadə etməklə DXR-in paytaxtında dinc sakinlərə hücumu barədə məlumat verib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Donetsk rəhbərinin sözlərinə görə, çərşənbə günü axşam Ukrayna Silahlı Qüvvələri pilotsuz təyyarədən istifadə edərək şəhərin Petrovski rayonuna hücum edib. Birinci Respublika Supermarketinin yaxınlığında pilotsuz təyyarə partlayıcı qurğu atıb.
Partlayış nəticəsində 48 yaşlı kişi və 43 yaşlı qadın xəsarət alıb. Donetskdə yaşayış məntəqəsinə edilən hücumun nəticələri aydınlaşdırılır.
Cümə axşamı günorta Aleksey Kulemzin Donetskin Leninski rayonundakı "Kosmos" sirkinin yaxınlığında Ukraynaya məxsus pilotsuz uçan aparatdan partlayıcı qurğunun atıldığını bildirib. Partlayış nəticəsində 2 nəfər ölüb, daha 3 nəfər yaralanıb.
Rusiya İstintaq Komitəsinin əməkdaşları Kiyev rejiminin dinc əhaliyə qarşı törətdiyi son cinayətləri araşdırmağa başlayıb.



Baxış sayı: 166


Bölməyə aid digər xəbərlər