22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Braziliyada futbolçu ildırım vurması nəticəsində ölüb
Tarix: 12-12-2023 21:45 | Bölmə: Karusel

Braziliyada keçirilən futbol həvəskarlarının regional kuboku oyunu faciə ilə başa çatıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir oyunçu ildırım vurması nəticəsində ölüb, digər altı oyunçu isə ağır yanıq xəsarətləri alıb.
Braziliyanın Santo Antonio da Platina şəhərinin stadionunda yerli həvəskarlar arasında regional turnirin oyunu keçirilib. Qarşılaşma güclü yağış və tufanla müşayiət olunsa da, idmançılar meydanı tərk etməyiblər.
Nəticədə ildırım zərbələrindən biri 21 yaşlı futbolçu Kaio Enrike de Lima Qonkalveşin yanındakı idman meydançasına düşüb və o, hadisə yerində dünyasını dəyişib.
Zərbə o qədər güclü olub ki, mərhumun yanında olan digər altı oyunçu elektrik cərəyanı nəticəsində yanıq xəsarətləri alıb. "Globo"-nun məlumatına görə, onların hamısı xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərdən birinin vəziyyəti ağır olaraq həkimlərin nəzarəti altında şəhər xəstəxanasındadır.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər