22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
İraqdakı ABŞ hərbi bazasının ərazisində partlayışlar baş verib
Tarix: 11-12-2023 22:06 | Bölmə: Karusel

Ərəb mənbələri İraqın qərbində ABŞ hərbçilərinin yerləşdiyi ərazidə bazar ertəsi eşidilən partlayış səslərini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti agentliyinin ərəb KİV-lərinə istinadən verdiyi məlumata görə, dekabrın 11-də İraqın Ənbar əyalətində Amerikanın Ayn əl-Əsəd hərbi bazasında partlayışlar baş verib. İnsidentin səbəbləri barədə məlumat verilmir və mümkün hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Burns əvvəllər İraqın baş naziri Məhəmməd əl-Sudani ilə danışıb və İraqın Amerika bazalarına hücumlarını dayandırmaq üçün tədbirlər görmədiyi təqdirdə ölkəni ciddi nəticələrlə hədələyib.
Oktyabrın 10-dan bəri Suriya və İraqdakı ABŞ əsgərləri 80 dəfədən çox hücuma məruz qalıb. Hücumların əksəriyyətinə görə məsuliyyəti Amerika qoşunlarının Yaxın Şərqdən çıxarılmasını tələb edən şiə milisləri öz üzərinə götürüb.



Baxış sayı: 128


Bölməyə aid digər xəbərlər