22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Zenit"in futbolçusu Karasev ÇSKA ilə oyunu ağır zədə ilə başa vurub
Tarix: 10-12-2023 18:40 | Bölmə: Karusel

"Zenit" basketbol klubunun hücumçusu Sergey Karasev VTB Birləşmiş Liqasının ÇSKA ilə mərkəzi matçını vaxtından əvvəl başa vurub.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, Meqasport arenasını yalnız xərəkdə tərk edə bilib.
Görüşün oyun epizodlarından birində Karasev böyük hündürlükdən yerə yıxılaraq arxası üstə yerə düşüb. Bu andan sonra forvard təkbaşına ayağa qalxıb oyunu davam etdirə bilməyib. Onu xərəkdə yerindən aparıblar.
"Zenit"in baş məşqçisi Xavyer Paskual matçdan sonra deyib: "Sergey xəstəxanaya getməlidir" - deyə, "Çempionat.com" onun sözlərindən sitat gətirib: "Onun belində şiddətli ağrılar var. Ümid edək ki, hər şey yaxşı olacaq".
Xatırladaq ki, matçın əsas vaxtı heç-heçə (82:82) başa çatıb. Əlavə vaxtda ÇSKA hesabda irəliləyiş edib və qalib gəlib – 104:89.



Baxış sayı: 122


Bölməyə aid digər xəbərlər