22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Roman Zobnin milliyə qayıda bilər
Tarix: 10-12-2023 14:49 | Bölmə: Karusel
"Spartak"ın yarımmüdafiəçisi Roman Zobnin gələn il Rusiya millisinə qayıda biləcəyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu il Zobnin millidə oynamayıb.
2023-cü ildə Roman Zobnin səhhətinə görə milliyə çağırılmayıb. "Spartak"ın futbolçusu bir neçə zədə alıb.
"Şəxsən mənim üçün ötən il çətin oldu. Ümid edirəm ki, 2024-cü il daha asan olacaq. Yığmaya qayıdacağam? Bəlkə də, hələ bilmirəm. Bunu ilk növbədə özümüz həll etməliyik", - TASS Zobnindən sitat gətirib.
36 yaşlı yarımmüdafiəçi Denis Qluşakov millidə meydana çıxacağını istisna etmir. Hazırda Moskva “Spartak”ının keçmiş kapitanı ikinci liqa klubu “Spartak”da (Kostroma) oynayır. "Mən hələ milli komandadakı karyeramı başa vurmamışam. Mənə zəng etsələr, məmnuniyyətlə cavab verərəm", - Qluşakov TASS-a bildirib.



Baxış sayı: 132


Bölməyə aid digər xəbərlər