22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Təklif olunan müqavilə: Zenit Arturla beş illik müqavilə imzalamaq istəyir
Tarix: 09-12-2023 21:05 | Bölmə: Karusel

Sankt-Peterburqun "Zenit" klubu hazırda "Palmeyras"da çıxış edən braziliyalı futbolçu Arturun transferi üzərində işləməyə davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, artıq Rusiya klubunun nümayəndələri futbolçuya təklif də edib.
"Çempionat.com" xəbər verir ki, “mavi-ağ-mavilər” Artura 5 illik müqavilə təklif edib. Mənbənin sözlərinə görə, hazırda tərəflər sövdələşmənin yekun detallarını müzakirə edirlər.
Bir gün əvvəl məlum olmuşdu ki, “Zenit” 25 yaşlı futbolçunun transferi üçün dərhal 15 milyon avro, daha üçü isə bonus şəklində ödəyə bilər. Qeyd edilir ki, sövdələşmə 2024-cü ilin qışında tamamlanacaq.
Xatırladaq ki, Artur Viktor Gimarayş “Palmeyras”ın heyətində 45 oyun keçirib, on qol vurub. O, yarımmüdafiəçi kimi çıxış edib.



Baxış sayı: 117


Bölməyə aid digər xəbərlər