22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Litvanın Belarusla sərhədində təxminən 1,8 min yük maşını dayanıb
Tarix: 09-12-2023 21:00 | Bölmə: Karusel

Litva-Belarus sərhədində mövcud olan dörd keçid məntəqəsində 1783 yük maşını giriş gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatın real vaxt rejimində yerləşdirildiyi Litvanın nəzarət-buraxılış məntəqəsi müdirliyinin saytına əsasən, hazırda ən böyük növbə Medininkay kəndində (Minsk istiqaməti) nəzarət-buraxılış məntəqəsində müşahidə olunur. Orada 640 yük maşını boş dayanır. Sürücülər 110 saata qədər gözləyə bilərlər.
Ən az yük maşını, 340 maşın Lavorişkes kəndində (Polotsk istiqaməti) keçid məntəqəsində ilişib qalıb. Amma onlar da təxminən 77 saat gözləməli olurlar.
TASS qeyd edir ki, Litvadan Belarusa girişdə ağır yük maşınlarının hazırkı növbələri bu il rekord həddə çatıb.



Baxış sayı: 152


Bölməyə aid digər xəbərlər