22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Daha 100 rusiyalı və onların ailə üzvləri "Rəfah" keçid məntəqəsini keçiblər
Tarix: 09-12-2023 20:53 | Bölmə: Karusel

Fövqəladə Hallar Nazirliyi bildirir ki, daha yüz rusiyalı və onların ailə üzvləri "Rəfah" keçid məntəqəsini keçiblər.
Rusiya xilasetmə agentliyinin Qahirədəki əməliyyat qərargahında mütəxəssislər insanlara bütün lazımi tibbi və psixoloji yardım göstərirlər.
Onlara yemək və su verilir, lazımi sənədləşmə işlərində də köməklik edilir.
Humanitar missiya başlayandan indiyədək Fövqəladə Hallar Nazirliyinin 10 reysi ilə Qəzza zolağından Rusiyaya 940-dan çox insan gəlib, onların demək olar ki, yarısı uşaqlardır. Ümumilikdə mindən çox insan döyüş bölgəsindən çıxarılıb.
Bu gün Rusiya prezidenti Vladimir Putin telefon danışığı zamanı misirli həmkarı Əbdülfəttah əs-Sisiyə rusların xilas edilməsində göstərdiyi köməyə görə təşəkkür edib.



Baxış sayı: 139


Bölməyə aid digər xəbərlər