Bütün xəbərlər
Şuşa və Göygöl rayonlarına prokuror təyin olunub
Tarix: 08-12-2023 23:21 | Bölmə: Karusel

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.
Sabaha-inamla.az-a Baş Prokurorluqdan verilən məlumata görə, bu təyinata qədər Nəriman Əsədov Azərbaycan Respublikasının Baş рrоkurоru yanında Korrupsiyaya qаrşı Mübarizə Ваş idаrəsinin Preventiv tədbirlər və təhqiqat idаrəsinin рrоkuroru vəzifəsində çalışıb.
Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.
Rəsul Həsənov bu təyinata qədər Gəncə şəhər prokurorunun müavini vəzifəsində işləyib.


Baxış sayı: 107


Bölməyə aid digər xəbərlər