Bütün xəbərlər
İspaniyalı futzalçı rəqibi ilə toqquşaraq ölüb
Tarix: 08-12-2023 12:14 | Bölmə: Karusel

Kataloniya futzal çempionatında faciə baş verdi: "El Atico"nun futbolçusu Raul Jurado Kalvo oyunla toqquşmadan sonra başından aldığı xəsarətlərdən dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "El Atico"-nun növbəti oyununda yüksək top uğrunda mübarizənin qızğın vaxtında Kalvo rəqib komandanın oyunçusu ilə üz-üzə toqquşub. Stadiondakı həkimlər onu həyata qaytarmağa çalışsalar da, futzalçı xəstəxanaya göndərilməli olub.
19 yaşı olan futbolçu orada komaya düşüb və bir neçə gün sonra özünə gəlmədən dünyasını dəyişib.
"El Atico" mətbuat xidməti bildirir ki, "Tibbi xidmətin çevik hərəkətlərinə baxmayaraq, Raulu xilas etmək üçün heç nə etmək mümkün olmadı. Oyunçumuz, partnyorumuz, dostumuz, meydançadakı döyüşçümüz bizi tərk etdi".


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər