Bütün xəbərlər
Qvardiola yayda məşqçilik karyerasını bitirə bilər
Tarix: 07-12-2023 11:43 | Bölmə: Karusel

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola cari mövsümün onun karyerasının sonuncusu ola biləcəyini istisna etməyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis hadisələrin bu cür cərəyan etməsinin mümkün olduğu şərtlərin adını çəkib.
Əgər “Mançester Siti” ötənilki uğurunu təkrarlasa – çempionluq və İngiltərə kubokunu, həmçinin Çempionlar Liqasını qazansa, o zaman onun mentoru Pep Qvardiola məşqçilik karyerasını başa vura bilər. Bunu yanvarda 53 yaşı tamam olacaq ispaniyalı mütəxəssisin özü deyib.
"Əgər bu mövsüm üç zirvəni fəth etsək - Premyer Liqa, İngiltərə Kuboku və Çempionlar Liqasını qazansaq, o zaman təqaüdə çıxacağam. Bu, çox çətindir. İngiltərədə çoxlu inanılmaz komandalar olub, amma bunu yalnız Aleks Ferqyusonun "Mançester Yunayted"i bacardı. Biz bu uğuru bu gedişdə də təkrarladıq. Əgər bunu bir daha təkrar etsək, o zaman mən mütləq ayrılacağam”, - RİA Novosti Qvardiolanın sözlərindən sitat gətirib.
Pep Qvardiola 2016-cı ildən "Mançester Siti"də çıxış edir. 2022/23 mövsümündə klub onun rəhbərliyi altında ilk dəfə Çempionlar Liqasının qalibi olub. “Siti” həm də İngiltərə çempionu olub və ölkə kubokunu qazanıb.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər