Bütün xəbərlər
FHN zəlzələ ilə bağlı məlumat yaydı
Tarix: 07-12-2023 10:04 | Bölmə: Karusel

                     fhn-zelzele-ile-bagli-melumat-yaydi


Fövqəladə Hallar Nazirliyi səhər saatlarında baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Sabaha-inamla.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, məlumata  görə, zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət qeydə alınmayıb.
“Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb. Zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.  
Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda deyilib.


Baxış sayı: 92


Bölməyə aid digər xəbərlər
18-02-2024, 13:23 Xəzərdə zəlzələ oldu
17-02-2024, 21:46 Türkiyə şəhid verdi