Bütün xəbərlər
Lionel Messi "Time" jurnalı tərəfindən ilin idmançısı seçilib
Tarix: 05-12-2023 20:08 | Bölmə: Karusel

“İnter Mayami”nin və Argentina milli futbol komandasının hücumçusu Lionel Messi “Time” jurnalı tərəfindən ilin ən yaxşı idmançısı seçilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə Lionel "Paris Saint-Germain" ilə Fransa çempionu oldu, sonra yayda MLS-ə keçdi. Messi "İnter"in heyətində 14 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.
Oktyabr ayında argentinalı səkkizinci "Qızıl top"u aldı. Mükafatı hücumçuya İngiltərə millisinin keçmiş futbolçusu, hazırda “İnter Mayami”nin sahibi Devid Bekhem təqdim edib.
Lionel Argentina millisi ilə birlikdə 2022-ci ilin dekabrında finalda Fransa millisinə qalib gələrək dünya çempionu olub.
Yeddi dünya çempionatı oyununda Messi yeddi qol vurub və üç məhsuldar ötürmə edib.


Baxış sayı: 79


Bölməyə aid digər xəbərlər