Bütün xəbərlər
Lukaşenko Pekinə gəlib
Tarix: 03-12-2023 18:39 | Bölmə: Karusel

Belarus prezidenti Aleksandr Lukaşenko Çinə rəsmi səfərə gəlib. Onun sabah, dekabrın 4-də Çin prezidenti Si Cinpinlə danışıqlar aparması planlaşdırılır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə bazar günü “Pool of the First” teleqram kanalı məlumat yayıb. “Təyyarə 1 Pekində eniş etdi”- qeydində deyilir.
Aleksandr Lukaşenko və Si Cinpin dekabrın 4-də Pekində görüşəcək. İki ölkə liderləri ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Həmçinin Belarus dövləti başçısının proqramına sosial və humanitar xarakterli bir sıra tədbirlər daxildir.
Belarus prezidenti sonuncu dəfə bu ilin yazında Çinə səfər edib.
Belarus İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2022-ci ildə Belarus və Çin arasında ticarət dövriyyəsi 5,8 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Belarus mallarının Çinə ixracı təxminən iki dəfə artaraq 1,6 milyard dollara çatıb.


Baxış sayı: 75


Bölməyə aid digər xəbərlər