Bütün xəbərlər
Qüds terrorunda ölənlərin sayı 4-ə çatıb
Tarix: 01-12-2023 10:21 | Bölmə: Karusel

Yaralı şahid xəstəxanada dünyasını dəyişib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Haaretz"in yazdığına görə, cümə axşamı, noyabrın 30-da Qüdsün girişində törədilən terror aktı qurbanlarının sayı dördə çatıb.
Qeyd edildiyi kimi, hadisə şahidlərindən biri aldığı yaralardan dünyasını dəyişib. Hücum zamanı o, terrorçulara atəş açmağa başlayıb, lakin onu hücumçu ilə səhv salan İsrail əsgərlərinin cavab atəşi nəticəsində özü yaralanıb.
Cümə axşamı səhər iki silahlı terrorçu Qüdsün girişində avtobus dayanacağında dayanan mülki şəxslərə atəş açıb. Hücum edənlər yerindəcə zərərsizləşdirilib. HƏMAS bildirib ki, onlar hərəkatın hərbi qanadı "Əl-Qəssam Briqadası"nın üzvləridir.


Baxış sayı: 77


Bölməyə aid digər xəbərlər