Bütün xəbərlər
Ukraynalı xizəkçi Dünya Kubokundan kənarlaşdırılıb
Tarix: 30-11-2023 16:39 | Bölmə: Karusel

Kross üzrə Dünya Kubokunun təşkilatçıları ukraynalı atlet Oleq Mişşenkonu Finlandiyada yarışdan kənarlaşdırıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, səbəb isə flüor üçün testin müsbət çıxması olub.
Daha əvvəl xəbər verildiyi kimi, Beynəlxalq Xizək Federasiyası (FIS) bu mövsümdən etibarən yarışlar üçün idman avadanlıqlarının hazırlanmasında fülor tərkibli məlhəmlərdən istifadəyə qadağa qoyub.
Finlandiyanın Ruka yarışının növbəti mərhələsində, kişilər üçün klassik 10 kilometrlik yarış zamanı Mişşenko starta buraxılmadı: onun xizəkləri tərkibində flüor olan məlhəmə görə FIS işçilərindən “qırmızı vərəqə” aldı.
Ukraynalı xizəkçi ilə insident xizək qaçışı üzrə Dünya Kuboku tarixində ilk hadisə olub. Bir ay əvvəl norveçli Raqnhil Muvinkel də flüorlu məlhəmdən istifadə etdiyi üçün Alp dağlarında xizək üzrə Dünya Kubokundan kənarlaşdırılıb.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər