16:10 / 27-07-2024
Lavrov Malayziyaya gəlib
Bütün xəbərlər
Finlandiyanın "Olkiluoto- 3" atom elektrik stansiyası yenidən işləmir
Tarix: 29-11-2023 20:55 | Bölmə: Karusel

Noyabrın 29-da Finlandiyanın "Olkiluoto-3" atom elektrik stansiyası müəyyən edilmiş nasazlıqlara görə yenidən işini dayandırmaq məcburiyyətində qalıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, on gün əvvəl stansiya artıq eyni səbəbdən dayanmışdı.
Zavodun operatoru hadisə ilə bağlı araşdırmalara başlayıb, "Olkiluoto-3" elektrik stansiyasının yaxınlığındakı şəbəkələr yoxlanılır.
RİA Novosti xatırladır ki, bu atom elektrik stansiyası ölkənin qərbində, Botniya körfəzinin sahilində yerləşir. "Olkiluoto-3" Finlandiyada istehlak edilən bütün elektrik enerjisinin təxminən üçdə birini istehsal edir.O, üç nüvə reaktorundan ibarətdir.



Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər