Bütün xəbərlər
Krımda fırtına nəticəsində bir nəfər ölüb
Tarix: 27-11-2023 13:07 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Krımda qasırğa nəticəsində bir nəfər ölüb, bu barədə respublika başçısının müşaviri Oleq Kryuçkov “Rossiya 24” telekanalının efirində bildirib.
"İlkin olaraq, bu, Sudak yaxınlığındakı Morskoye kəndidir, bir adam dalğalara baxmağa çıxdı və təəssüf ki, faciəvi şəkildə öldü"- deyib. Kryuçkov və qurbanların sayının hazırda dəqiqləşdirildiyini söyləyib.
Bundan əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyi Krımın dörd sakininin yaralandığı barədə məlumat vermişdi.
Noyabrın 27-si, bazar ertəsi respublikada istirahət günü elan edilib.


Baxış sayı: 73


Bölməyə aid digər xəbərlər