Bütün xəbərlər
"İnter" İtaliya çempionatında "Yuventus"la bərabərə qalıb
Tarix: 27-11-2023 10:31 | Bölmə: Karusel

Futbol üzrə İtaliya çempionatının 13-cü turunda "İnter" səfərdə Turində "Yuventus"la heç-heçə edib - 1:1.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, meydan sahibləri 27-ci dəqiqədə Federiko Kyezanın asisti ilə Duşan Vlahoviçdən, qonaqlar isə 33-cü dəqiqədə Markus Tyuramın Lautaro Martinezin ötürməsindən qola imza atıb.
“İnter” dörd oyunluq qələbə seriyasını qırıb və 32 xalla A Seriyasına başçılıq edir. “Yuventus” iki xal az olmaqla bir sətir aşağıda yerləşir. Turinlilər ölkə çempionatında 5 oyunluq qələbə seriyasını qırıb.
Növbəti mərhələdə “Qara-göylər” dekabrın 3-də səfərdə “Napoli” ilə, “Qoca sinyora” isə iki gün əvvəl Monza ilə qarşılaşacaq.


Baxış sayı: 70


Bölməyə aid digər xəbərlər