Bütün xəbərlər
Moskvada yarımstansiyada baş verən yanğın söndürülüb
Tarix: 24-11-2023 09:57 | Bölmə: Karusel

Moskvada Cənub-Şərq İnzibati Dairəsinin “Çaqinskaya” yarımstansiyasında yanğın söndürülüb – bu barədə cümə günü səhər Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məlumatda yarımstansiyada transformatorun yandığı aydınlaşdırılır. Yanğının söndürülməsində 70 fövqəladə hallar xidmətinin mütəxəssisi və 20 texnika iştirak edib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, transformatorda baş verən yanğın rayonun elektrik təchizatı sistemlərinin işinə təsir göstərməyib.
Daha əvvəl fövqəladə hallar xidməti yanğının sahəsinin təxminən iki yüz kvadratmetr olduğunu bildirmişdi. Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.


Baxış sayı: 105


Bölməyə aid digər xəbərlər