Bütün xəbərlər
Qəzzada atəşkəs razılaşması qüvvəyə minib
Tarix: 24-11-2023 09:53 | Bölmə: Karusel

Cümə günü səhər HƏMAS hərəkatı ilə İsrail hakimiyyəti arasında Qəzza zolağında hərbi əməliyyatların dayandırılmasına dair razılaşma qüvvəyə minib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, "Al Hadath" telekanalının verdiyi məlumata görə, Qətərin vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması yerli vaxtla səhər saat 7-dən (Moskva vaxtı ilə 8-dən) qüvvədədir.
Kanal Qəzzanın mərkəzindən yayımlanır, ondan belə çıxır ki, şəhərdə hər şey sakitdir. Atəşkəsin qüvvəyə minməsi barədə “Times of Israel” də məlumat yayıb.
Atəşkəsin təyin olunduğu vaxta bir neçə saat qalmış, atışma hələ də davam edir - İD-nin mətbuat xidməti ölkənin Qəzza zolağı ilə həmsərhəd olan iki bölgəsində sirenlərin işə düşdüyünü bildirib.
Bundan əvvəl İsrail hökuməti girovların azad edilməsi və Qəzza zolağında müvəqqəti atəşkəs üçün Həmas ilə razılaşmanı təsdiqləyib. Razılaşmanın bir hissəsi olaraq, yaraqlılar dörd gün ərzində 50 girovu azad etməlidir, ilk növbədə qadın və uşaqlar azad edilməlidir. Buna cavab olaraq İsrail tərəfi bir neçə yüz fələstinli məhbusu azad edəcək. Bu, israilliləri öldürməkdə təqsirli bilinənlərə təsir etməyəcək.


Baxış sayı: 78


Bölməyə aid digər xəbərlər