Bütün xəbərlər
Putin Minskə gəlib
Tarix: 23-11-2023 14:42 | Bölmə: Karusel

Vladimir Putin cümə axşamı KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tədbir Belarusun paytaxtında baş tutacaq. Rusiya prezidenti artıq Minskə gəlib.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına altı ölkə daxildir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan.
Şuranın iclasında Ermənistanın baş naziri Nikol Paşinyan istisna olmaqla, bütün iştirakçı ölkələrin liderlərinin iştirakı gözlənilir.
Kreml Ermənistanın KTMT çərçivəsində fəaliyyətini davam etdirəcəyini gözləyir.
KTMT Şurasında kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, həmçinin beynəlxalq və regional çağırışlar müzakirə olunacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putinin həmkarları ilə rəsmi ikitərəfli görüşlər planlaşdırmır. Ola bilsin ki, kommunikasiya sammitin kənarında baş tutsun.


Baxış sayı: 81


Bölməyə aid digər xəbərlər