Bütün xəbərlər
İsrail və HƏMAS döyüşün dayandırılması barədə razılığa gəliblər
Tarix: 22-11-2023 10:29 | Bölmə: Karusel

İsrail hökuməti girovları azad etmək və Qəzza zolağında döyüşləri dayandırmaq üçün Həmas ilə razılaşmanı təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, İsrail Nazirlər Kabineti HƏMAS ilə Qəzza zolağında müvəqqəti atəşkəs təmin edən sazişin bağlanmasını dəstəkləyib. Razılaşmanın bir hissəsi olaraq, yaraqlılar dörd gün ərzində 50 girovu, ilk növbədə qadın və uşaqlar azad edilməlidir.
RİA Novosti xəbər verir ki, buna cavab olaraq İsrail tərəfi 150 fələstinli məhbusu azad edəcək. Qeyd olunur ki, bu, israilliləri öldürməkdə təqsirli bilinənlərə təsir etməyəcək.
Fasilə müddəti azad edilən hər 10 girov üçün bir gün uzadıla bilər. Həmçinin bu zaman fələstinlilərin Qəzza zolağının şimalından cənubuna sərbəst gediş-gəlişi təmin ediləcək.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu girovların qaytarılmasını “müqəddəs prioritet” adlandırmışdı. Eyni zamanda qeyd edib ki, İsrail müharibə vəziyyətindədir və bütün məqsədlərə çatana qədər davam edəcək. Söhbət HƏMAS-ın tamamilə sıradan çıxarılmasından gedir.



Baxış sayı: 86


Bölməyə aid digər xəbərlər