Bütün xəbərlər
"Yuventus"un sabiq hücumçusu Kualyarella karyerasını bitirdiyini açıqlayıb
Tarix: 19-11-2023 21:39 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbol üzrə “Yuventus”un və İtaliya millisinin sabiq hücumçusu Fabio Kualyarella karyerasını başa vurduğunu açıqlayıb.
"Çempionat.com" "Sky Sport Italia"-ya istinadən Kualyarelladan sitat gətirir: "Bəli, mən öz karyeramı istər-istəməz bitirirəm. Meydançaya girmək üçün qəbuledilməz fiziki vəziyyətdəyəm."
Klub səviyyəsində "Yuventus"dan başqa, Kualyarella "Torino", "Fiorentina", "Askoli", "Udineze", "Napoli" və "Sampdoriya"da çıxış edib. Onun A Seriyasında 556 matç, 182 qol və 53 məhsuldar ötürməsi var.
Fabionun İtaliya millisində də 29 oyun və 8 qolu var.


Baxış sayı: 60


Bölməyə aid digər xəbərlər
3-12-2023, 18:39 Lukaşenko Pekinə gəlib
23-11-2023, 14:42 Putin Minskə gəlib