14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
Valeri Karpin Kuba ilə qarşıdakı oyundan danışıb
Tarix: 19-11-2023 21:11 | Bölmə: Karusel

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, futbol üzrə Rusiya yığmasının baş məşqçisi Valeri Karpin Kuba millisi ilə qarşıdakı oyun haqda danışıb.
"Kuba ilə bağlı hansı təfərrüatları qeyd edə bilərəm? Heç kimi aldatmağa ehtiyac yoxdur, Kubada Messi, Ronaldo, Modriç yoxdur. Biz artıq konkret adlar üçün hazırlaşmırdıq.
Kubanın necə oynamağa çalışdığına diqqətlə baxdıq. Amma bütün matçlarda Kamerun kimi səviyyəli komanda olsa belə, rəqibdən çox özümüzə önəm veririk. Buna görə də heç bir oyunçunu etiketləməzdim”, - Karpin oyundan əvvəl mətbuat konfransında deyib.
Bundan başqa, Rusiya millisinin çalışdırıcısı havadan şikayətlənib. Karpinin sözlərinə görə, Volqoqradda çox güclü külək var.
"Stadionda eyni külək olsa, çətin olacaq. Amma ümid edirəm ki, yox. Bilmirəm, indi məşqdə görmüsünüzmü - topu külək sovurur, istiqamətini dəyişir, nəinki havada, hətta qazonda da”, – mütəxəssis yekunlaşdırıb.
Xatırladaq ki, Rusiya - Kuba matçı noyabrın 20-də bazar ertəsi gününə planlaşdırılıb və Moskva vaxtı ilə saat 19:30-da Volqoqradda keçiriləcək.



Baxış sayı: 98


Bölməyə aid digər xəbərlər