Bütün xəbərlər
Rusiya müəyyən şərtlər daxilində WADA-ya töhfə verməyə hazırdır
Tarix: 18-11-2023 16:08 | Bölmə: Karusel


Rusiya Federasiyasının İdman Nazirliyi Rusiyanın Ümumdünya Antidopinq Agentliyinə məcburi illik ödənişi niyə hələ də ödəmədiyini izah edib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, müvafiq məlumatı idarənin mətbuat xidməti yayıb.
Orada deyilir ki, WADA-nın ödənişləri dövlətin Avropa Şurasının büdcəsinə verdiyi töhfələrin miqyasına bağlıdır. Lakin 2022-ci il martın 16-da Rusiya bu təşkilatdakı üzvlüyünə xitam verib.
İdman Nazirliyi ödənişdən imtina etmir, lakin bu, "universal maliyyələşdirmə formulu müəyyən edilərsə və ya Rusiya tərəfinin müəyyən etdiyi məbləğdə" baş verəcək.
WADA daha əvvəl 5 ölkənin rüsumlarını ödəmədiyini bildirmişdi. Onların arasında Rusiya və Belarus da var idi.


Baxış sayı: 165


Bölməyə aid digər xəbərlər