Bütün xəbərlər
Finlandiyada ruslar sərhəd-keçid məntəqəsinin bağlanmasına etiraz ediblər
Tarix: 18-11-2023 15:30 | Bölmə: Karusel

Noyabrın 18-dən Finlandiya Rusiya ilə sərhəddə Sankt-Peterburqa ən yaxın və sərnişin axınına görə ən böyük keçid məntəqələrini bağlayıb. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Helsinkidə Finlandiya parlamentinin binası yaxınlığında etiraz aksiyası keçirilib.
Mitinqə 300-ə yaxın insan gəlib. Bəzilərinin əlində müxtəlif yazılar olan plakatlar (məsələn, “Mən nənəmi görmək istəyirəm!”, “Ailəsiz Milad 2023”, “Məhdudiyyətlər öldürür”). Polis etirazçılara müdaxilə etməyib, aksiyanın təşkilatçıları aksiyanın keçirilməsi üçün hakimiyyətdən icazə alıblar.
Finlandiya hökuməti Vaalimaa, İmatra, Niirala və Nuijamaa keçid məntəqələrinin bağlanması qərarını Yaxın Şərqdən miqrant axını ilə izah edib.
Fevralın 18-dək Finlandiya-Rusiya sərhədində sərnişin və yük daşımaları dörd şimal keçid məntəqəsində - Vartius-Lytta, Kuusamo-Suopera, Salla, Raia Jooseppidə cəmləşəcək.



Baxış sayı: 95


Bölməyə aid digər xəbərlər