Bütün xəbərlər
İsraildə nəzarət-buraxılış məntəqəsinə hücum nəticəsində 4 nəfər yaralanıb
Tarix: 16-11-2023 13:06 | Bölmə: Karusel

Qüdsün cənubunda İordan çayının qərb sahilində nəzarət-buraxılış məntəqəsinə edilən hücumda 4 nəfər yaralanıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hücum edənlər İsrail hərbçiləri tərəfindən yerindəcə öldürülüb.
“Times of Israel”in məlumatına görə, yaralılar arasında vəziyyəti ağır olan 20 yaşlı kişi, vəziyyəti orta ağır olan 20 yaşlı qadın və 32 yaşlı kişi, eləcə də yüngül xəsarət alan başqa bir gənc də var.
Yaralılar xəstəxanadadır. Bundan əlavə, Magen David Adom tibb xidmətinin məlumatına görə, daha bir neçə nəfər yaşadıqları stress səbəbindən yardım alıb.
Keçid məntəqəsinə hücumu avtomobili ilə nəzarət-buraxılış məntəqəsinə yaxınlaşan və atəş açan üç silahlı qrup həyata keçirib. Polis hər üçünün İsrail qüvvələri tərəfindən hadisə yerində öldürüldüyünü bildirib.
Hazırda ərazidə polis, sərhədçilər və ordunun böyük qüvvələri axtarış aparır, istehkamçılar da yerində işləyirlər.


Baxış sayı: 189


Bölməyə aid digər xəbərlər