Bütün xəbərlər
İsraillilər Qəzzada əvvəllər zəbt etdikləri parlament binasını partladıblar.
Tarix: 15-11-2023 20:45 | Bölmə: Karusel

HƏMAS üzvlərinin 2007-ci ildən toplaşdığı Fələstin Qanunvericilik Şurasının binası güclü partlayış nəticəsində dağıdılıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bir gün əvvəl parlament İsrail Müdafiə Qüvvələri tərəfindən ələ keçirilib.
İsrail mediası çərşənbə günü Qəzzada parlament binasının İsrail əsgərləri tərəfindən dağıdılması ilə bağlı məlumat yayıb. İnternetdə güclü partlayışın görüntüləri yayılıb, bundan sonra bir neçə mərtəbəli bina yer üzündən silinib.
Bir gün əvvəl İsrail hərbçiləri İDF əsgərlərinin parlament zalında çəkdirdiyi qrup şəklini yayıblar. RİA Novosti-nin məlumatına görə, parlament son illər fəaliyyət göstərmir. Partlayışın səbəbləri barədə məlumat verilmir.


Baxış sayı: 59


Bölməyə aid digər xəbərlər
23-11-2023, 14:42 Putin Minskə gəlib