Bütün xəbərlər
Nursultan Nazarbayevin kiçik qardaşı dünyasını dəyişib
Tarix: 13-11-2023 10:15 | Bölmə: Karusel


Nursultan Nazarbayevin mətbuat katibi Qazaxıstanın birinci prezidenti Bolat Nazarbayevin kiçik qardaşının ölümünü təsdiqləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Aidos Ukibay sosial şəbəkədəki səhifəsində yazıb: “70 yaşında, uzun sürən xəstəlikdən sonra Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayevin kiçik qardaşı Bolat Abişeviç Nazarbayev vəfat edib.
Noyabrın əvvəlində Qazaxıstan mediası keçmiş prezidentin kiçik qardaşının Almatı Mərkəzi Klinik Xəstəxanasına yerləşdirildiyini bildirib.
1953-cü ildə Şamalgan kəndində anadan olan Bolat Nazarbayev son olaraq BN Invest holdinqinin rəhbəri vəzifəsində çalışıb. “Salikalı Urpak” xeyriyyə fondunu təsis edib.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər
23-11-2023, 14:42 Putin Minskə gəlib