14:13 / 26-10-2024
Ayı xizəkçini dişləyib
Bütün xəbərlər
İsrail ordusu 60-dan çox "Hizbullah" döyüşçüsünü məhv edib
Tarix: 12-11-2023 12:26 | Bölmə: Karusel


Oktyabrın əvvəlindən İsrail ordusu İsrailin şimalında “Hizbullah” şiə təşkilatının 60-dan çox silahlısını məhv edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Conatan Konrikus bildirib.
“Biz diqqətimizi "Hizbullah" hərəkatının hərəkətlərinə, onun fəaliyyətini təhlil etməyə və özümüzü müdafiə etməyə yönəlmişik” deyib.
Yaraqlıların itkiləri ilə bağlı Konrikus əlavə edib ki, bəziləri İsrailə hücumlar zamanı, bəziləri sonra, bəziləri isə hücumlardan əvvəl öldürülüb.
"Bunlar "Hizbullah" üçün kifayət qədər böyük itkilərdir" İsrail Müdafiə Nazirliyinin sözçüsü deyib.
İranın dəstəklədiyi şiə "Hizbullah" hərəkatının yaraqlıları mütəmadi olaraq Livandan İsrailə atəş açır. Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu daha əvvəl “Allahın Partiyası” (hərəkatın adı ərəbcədən tərcümə olunur) rəhbərliyinə genişmiqyaslı hərbi əməliyyatların başlaması barədə xəbərdarlıq etmişdi.
"Bu, təşkilat üçün bir ömür boyu səhv olardı"- Netanyahu deyib.



Baxış sayı: 194


Bölməyə aid digər xəbərlər