Bütün xəbərlər
Ukraynada rus filmləri ilə video xidmətləri qadağan edilib
Tarix: 09-11-2023 21:47 | Bölmə: Karusel

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası Rusiyanın daha 16 video xidmətinin ölkədə yayımını qadağan edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bloklanmasına səbəb bu resursların Rusiya telekanallarına və filmlərinə çıxışı təmin etməsi olub.
Departament izah edib ki, məhdudiyyətlərə məruz qalan video xidmətlər Transsərhəd Televiziya haqqında Avropa Konvensiyasının tələblərinə və Ukrayna qanunvericiliyinə uyğun gəlmir. Bu resurslar “KİV haqqında” Qanunun XI bölməsinin tələblərinə cavab vermir, ona görə də ölkə daxilində yayımlana bilməz.
Martın sonunda Ukraynada “KİV haqqında” qanun qüvvəyə minib. O, media tənzimləyicisinə bütün növ KİV-ləri cərimələmək, onlara məcburi əmrlər göndərmək, məhkəmə qərarı olmadan onlayn mediaya 14 gün qadağa qoymaq, çap mediasının qeydiyyatını ləğv etmək hüququ verir.
Yayda Ukrayna prezidenti Vladimir Zelenski Rusiya və Belarusdan Ukrayna ərazisinə çap məhsullarının idxalını qadağan edən qanunu imzalayıb.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya demişdi ki, rus mədəniyyətini “ləğv etmək” mümkün olmayacaq və rus dili güclü birləşdirici amilə çevrilir.


Baxış sayı: 88


Bölməyə aid digər xəbərlər
23-11-2023, 14:42 Putin Minskə gəlib