22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Ukraynanın idman naziri vəzifəsindən azad edilib
Tarix: 09-11-2023 16:26 | Bölmə: Karusel

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Ali Radanın qərarı ilə Ukraynanın gənclər və idman naziri Vadim Qutzeit vəzifəsindən azad edilib, bu barədə Ukrayna parlamentinin deputatı İrina Geraşenko məlumat verib.
"Ali Rada tamamilə yararsız olan gənclər və idman naziri Qutzeiti vəzifəsindən azad etdi", - Geraşenko sosial şəbəkələrdə yazıb."İşdən azad edilməsini 243 deputat dəstəkləyib".
Bazar ertəsi məlum olub ki, nazir üzv olduğu Ukrayna Milli Olimpiya Komitəsində fəaliyyətini davam etdirməyi planlaşdırdığı halda istefa ərizəsini verib.
Qutzeit SSRİ yığma komandasının tərkibində qılıncoynatma üzrə Olimpiya çempionudur və hazırda Ukrayna Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsini tutur.



Baxış sayı: 125


Bölməyə aid digər xəbərlər