22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Artıq Qəzza zolağında BMT-nin 100-ə yaxın əməkdaşı öldürülüb
Tarix: 08-11-2023 23:16 | Bölmə: Karusel
 
Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bəri BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) 99 əməkdaşı öldürülüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bundan əvvəl Antonio Quterreş oktyabrın 7-də münaqişənin kəskinləşməsindən bəri BMT əməkdaşları arasında 92 itki barədə danışıb.
Bu arada Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyi UNRWA-nı Qəzza zolağının sakinlərini “zorla köçürmək” məqsədilə İsraillə əməkdaşlıqda ittiham edib.
"BMT-nin Yaxın Şərq Agentliyi və onun nümayəndələri bu humanitar fəlakətə görə məsuliyyət daşıyırlar", - HƏMAS-ın sözçüsü Salama Maruf deyib.
Noyabrın 8-də İsrail Müdafiə Qüvvələri (IDF) humanitar dəhlizlər açdı ki, İsrail ordusu Qəzza zolağındakı mülki əhalinin anklavın şimalından cənubuna təhlükəsiz şəkildə hərəkət etməsinə imkan verəcək. HƏMAS 100 ABŞ vətəndaşına Qəzza sektorunu tərk etməyə icazə verib.
Həmin gün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk Misirlə Qəzza zolağının sərhəddində yerləşən Rəfah keçid məntəqəsinə baş çəkib. Bu, mülki şəxslərin anklavı tərk edə biləcəyi yeganə nöqtədir və humanitar yardım sektora onun vasitəsilə daxil olur. Türk deyib ki, o, müharibə cinayətlərinin həm İsrail, həm də Həmas tərəfindən törədildiyinə inanır.



Baxış sayı: 129


Bölməyə aid digər xəbərlər