22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Rusiya millisinin futbolçuları Belarusla oynaya bilər
Tarix: 08-11-2023 17:26 | Bölmə: Karusel


Rusiya kişi futbol yığmasının yoldaşlıq görüşü üçün yeni rəqibi müəyyənləşib. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, 2024-cü ildə rusiyalı futbolçular Belarusa qarşı oynaya bilərlər.
Bu barədə Belarus Futbol Federasiyasının sədrinin birinci müavini Andrey Vasileviç məlumat verib. O, görüşün 2024-cü ilin martından sonra keçirilə biləcəyini açıqlayıb.
"Oynamaq istərdik. Əlbəttə, başa düşürük ki, Rusiya komandasının səviyyəsi Belarus yığmasından qat-qat yüksəkdir. Amma kiçik bir "amma" var - biz öz ölkəmizdə, öz liderimizlə oynamaq istərdik. Azarkeşlərimiz milli komandaların oyunlarını buraxırlar”, - deyə, RİA Novosti onun sözlərindən sitat gətirir.
"2023-cü ildə bütün pəncərələrimiz Avropa çempionatına vəsiqə ilə bağlı idi, indi onu iki matçla başa vururuq. 2024-cü ildə artıq rəqibimizin Rusiya milli komandası olduğu mart pəncərəsindən sonra variantları nəzərdən keçirəcəyik".
Xatırladaq ki, Valeri Karpinin komandası noyabrda növbəti təlim-məşq toplanışında olacaq. Nəticələrə əsasən, komanda Kuba ilə yoldaşlıq oyunu keçirəcək. Oyun noyabrın 20-də Volqoqrad Arenada baş tutacaq.




Baxış sayı: 156


Bölməyə aid digər xəbərlər