22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Dünya çempionu Rubialeslə öpüşəndən sonra psixoloqa müraciət edib
Tarix: 06-11-2023 22:36 | Bölmə: Karusel

Futbol üzrə İspaniya milli komandasında dünya çempionu Cennifer Hermoso ətrafında yaranan qalmaqaldan sonra psixoloqla işlədiyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, mükafatlandırma mərasimində onu İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales öpüb.
"Bu həftələr mənim üçün çox çətin oldu və yalnız psixoloqum sayəsində özümü güclü hiss edirəm və futbolu dayandırmaq barədə düşünmürəm"-Cennifer Hermoso deyib.
"Hətta təhrik etmədiyim və gözləmədiyim bir hərəkətin nəticələrini qəbul etməli oldum. Məni təhdid etdilər, buna hazır olmaq mümkün deyil".
Xatırladaq ki, Rubiales mükafatlandırma mərasimində onun dodaqlarından öpdükdən sonra 3 il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılmışdı. Funksioner özü FİFA intizam komitəsinin qərarı ilə razılaşmayıb.




Baxış sayı: 235


Bölməyə aid digər xəbərlər