22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Mariupol şəhərinin meri Morqun vəzifəsindən azad edilib
Tarix: 06-11-2023 16:09 | Bölmə: Karusel

Mariupol şəhərinin meri Oleq Morqun artıq bu vəzifəni tutmur.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, DXR rəhbəri Denis Puşilin onu bu vəzifədən azad edib. Müvafiq sənəd Rusiya vilayətinin rəhbərinin saytında dərc olunub.
Oleq Morqun bu ilin yanvarında Mariupol administrasiyasının rəhbəri vəzifəsinə təyin edilib. Şəhərin azad edilməsi uğrunda gedən döyüşlər zamanı yerli sakinlər üçün müvəqqəti məskunlaşma mərkəzləri təşkil edib.
Ukraynada Morqun DXR-in yaradılmasında iştirak etdiyinə görə qiyabi olaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.
Keçmiş bələdiyyə sədrinin hansı səbəbdən vəzifəsindən kənarlaşdırıldığı açıqlanmır.




Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər