22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Hamburq hava limanında hava hərəkəti bərpa edilib
Tarix: 05-11-2023 21:41 | Bölmə: Karusel

Hamburq hava limanında girov götürmə insidentinə görə demək olar ki, bir sutka ərzində kəsilən hava hərəkəti bərpa edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, şənbə günü axşam polisin silahlı bir adamı daşıyan avtomobilin asfalta girdiyini bildirdiyi vaxtdan bəri onlarla reys dəyişdirilib və ya ləğv edilib. Maşında havaya atəş açan və iki Molotov kokteyli atan terrorçunun yanında dörd yaşlı qızı olub.
Almaniyada yaşayan türk olduğu üzə çıxan şəxslə polis danışıqlara başlayıb. RİA Novosti xəbər verir ki, o, qızını Türkiyəyə aparmaq istəyib, lakin uzun sürən danışıqlardan sonra uşağı buraxıb və hüquq-mühafizə orqanlarına təslim olub.
Bir gündə Hamburq hava limanı bu hadisə ilə əlaqədar 130-dan çox reysi ləğv edib.



Baxış sayı: 130


Bölməyə aid digər xəbərlər