22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
Red Wings Rusiya və İsrail arasında uçuşları azaldır
Tarix: 04-11-2023 21:36 | Bölmə: Karusel

Red Wings Hava Yolları Rusiya Federasiyası ilə İsrail arasında uçuş proqramının azaldılmasını elan etdi.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, ruslar Təl-Əvivə müntəzəm reyslərlə yalnız Moskva və Soçidən uça biləcəklər. Bu barədə daşıyıcının mesajında deyilir.
"Ben Qurion hava limanına/hava limanından əksər reyslərin ləğvi ilə bağlı məlumat həqiqətə uyğun deyil. Aviaşirkət müntəzəm cədvəli çərçivəsində Moskva (Jukovski, Domodedovo) və Soçidən Təl-Əvivə uçuşlar həyata keçirir”.
Uçuş proqramı noyabrın 13-dən dəyişəcək. Domodedovo - Soçi - Təl-Əviv reysləri bazar ertəsi, Jukovski - Soçi - Təl-Əviv reysləri çərşənbə, cümə axşamı və şənbə günləri, Soçi - Təl-Əviv reysləri cümə axşamı günləri yerinə yetiriləcək.
Oktyabr ayında Rusiya Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki münaqişə ilə əlaqədar ruslara İsrailə səfərlərdən çəkinməyi tövsiyə edib.



Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər