22:06 / 17-01-2026
450 icma elektriksiz qalıb
Bütün xəbərlər
"Zenit"in sabiq baş məşqçisi Luçesku karyerasını bitirdiyini açıqlayıb
Tarix: 03-11-2023 23:13 | Bölmə: Karusel

Kiyev "Dinamo"sunun baş məşqçisi, 78 yaşlı rumıniyalı mütəxəssis Mirça Luçesku məşqçilik karyerasını başa vurduğunu açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşqçi qərarını "Şaxtyor"a məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında açıqlayıb. 15 ilini Ukrayna futboluna həsr etmiş Luçesku qeyd edib ki, “hər şeyin sonu var”. Mütəxəssis onu da bildirib ki, o, artıq komanda oyunçuları ilə vidalaşıb.
Rusiyalı azarkeşlər Luçeskunu Sankt-Peterburq “Zenit”indəki işindən tanıyırlar. Rumıniyalı mütəxəssisin rəhbərliyi altında “mavi-ağ-göylər” bütün turnirlərdə 26 qələbə qazanıb, 8 məğlubiyyət alıb və bir kubok – 2016-cı il Rusiya Superkubokunu qazanıb.



Baxış sayı: 271


Bölməyə aid digər xəbərlər